Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Bu gün Xocalı rayon İH-nin başçısı Şahmar Usubovun doğum günüdür

0

  •       Usubov Şahmar Şahhüseyn oğlu 1953-cü il avqust ayının 4-də DQMV-nin Xocalı kəndində anadan olmuşdur. 1960-cı ildə Xocalı kənd orta məktəbinin 1-ci sinfinə daxil olub. 1970-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1970-1971-ci illərdə Xocalı Tərəvəzçilik, südçülük sovxozunda fəhlə işləmişdir. 1971-1972-ci illərdə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda dinləyici olmuşdur. 1972-1974-cü illərdə Buryatiya MSSR-də hərbi xidmətdə olmuşdur. 1974-1979-cu illərdə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun Maddi - Texniki təchizatın iqtisadiyyatı və planlaşdırılması fakültəsinin iqtisadçı ixisasının qiyabi şöbəsini bitirib. 1974-1975-ci illərdə Xocalı 2 №-li sovxozda fəhlə işləmişdir.1975-1979-cu illərdə Şuşa şəhər 1№-li təcridxanada böyük mühasib işləmişdir. 1979-1990-cı illərdə Xocalı Tərəvəzçilik, südçülük sovxozunda mexanizasiya mühasibi, baş mühasibin müavini, baş iqtisadçı vəzifələrində işləmişdir. 1990-cı ildən 1998-ci ilədək Respublika Aqrar-Sənaye bankının Xocalı filialının müdiri vəzifəsində işləmişdir. 1998-1999-cu illərdə Bakı şəhər Əzizbəyov rayon enerji satış idarəsində müdir işləmişdir. 1999-2000-ci illərdə Bakı şəhər Xətai rayon qaz-istismar idarəsində qazın qəbulu, nəqli və satışı sahəsində rəis vəzifəsində işləmişdir. 12.05.2000-ci ildən 16.12.2000-ci ilədək “Seyhun” şirkətində icraçı direktor işləmişdir. 2000-ci ilin dekabr ayının 21-dən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Xocalı rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsində işləyir. 06.08.2013-cü il tarixdə  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şahmar Şahhüseyn oğlu Usubovun "Şöhrət" ordeni ilə təltif  edilməsi haqqında Sərəncam vermişdir.
            Rayonumuzun başçısı rayon sakinlərinin əzizi, elimizin dəyərli ağsaqqalıdır. Onun tapşırıqlarını hər kəs diqqətlə dinləyir və özü üçün yaxşı nəticələr çıxarır. Cənab başçımızın rəhbərliyi ilə rayon sakinləri arasında həmrəylik və mehribanlıq davam etməkdədir. Şəhid ailələrinin, imkansız ailələrin problemləri ilə daim maraqlanan başçımız bütün sakinlərin eyni səviyyədə yaşaması prinsipi ilə onlardan diqqət və qayğısını əsirgəmir. O, rayonumuzun və gənclərimizin uğurlarına hamıdan çox sevinən insandır. Xocalı rayon müəssisə, idarə rəhbərləri və işçiləri də cənab başçımızın göstərdiyi etimadı doğrultmaq və rayonumuzun adına layiq işlər görmək üçün böyük həvəslə öz işlərinin öhdəsindən gəlirlər. Şahmar Usubov yüksək idarəçilik qabiliyyətinə malik olan bacarıqlı, alicənab rayon rəhbəri olmaqla yanaşı, eyni zamanda gözəl ailə başçısıdır.
            Bu gün Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubovunın 65 yaşı tamam olur. Şübhəsiz ki, cənab Şahmar Usubovun ən böyük arzusu Qarabağımızın, Xocalımızın düşmən tapdağından azad olunacağı günü görməkdir. Hörmətli icra başçımızı yubiley yaşı münasibətilə rayon ictimaiyyəti adından təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti arzulayırıq və növbəti ad gününü doğma Xocalıda keçirməyini Allahdan diləyirik.

    “XOCALININ SƏSİ”

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi6 il öncə
    İzlənib39 dəfə
    Bu gün Xocalı rayon İH nin başçısı Şahmar Usubovun doğum günüdür

    Maraqlı gələ bilər
    40
    121
    88
    138
    15
    45